İsrailə müharibə elan olundu -   Təl-Əviv bu ölkəyə qoşun yeritdi

saytların hazırlanması

Evə çatdırılma

İsrailə müharibə elan olundu - Təl-Əviv bu ölkəyə qoşun yeritdi

Dünya

03 Mart 2026 12:10 6875


İsrail hökuməti Livan ərazisində həyata keçirilən quru əməliyyatlarının miqyasının genişləndirilməsi barədə qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, orduya Livan ərazisində irəliləmək və əlavə mövqeləri ələ keçirmək səlahiyyəti verilib. Pepperoni pizza

O deyib ki, qərar ölkənin təhlükəsizlik maraqları çərçivəsində qəbul olunub.

İsrail mətbuatının digər məlumatına görə, Livanın “Hizbullah” qruplaşması İsraillə müharibəyə başladığını bəyan edib. Qruplaşmanın bəyanatında vurğulanıb ki, onlar daha əvvəl dəfələrlə addımları cavabsız qoymağın mümkünsüzlüyü barədə xəbərdarlıq ediblər. Təşkilat İsrailə endirilən zərbələri müdafiə tədbiri və qanuni hüquq adlandırıb.

Bundan əlavə, “Hizbullah” ötən gecə İsrail ərazisinə pilotsuz uçuş aparatlarının buraxılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda, qruplaşma Meron dağındakı hava hərəkətinin idarə edilməsi bazasına və Ramat-David hərbi hava bazasına zərbələr endirdiyini bəyan edib. Onun iddiasına görə, səhər saatlarında İsrail Ordusunun Qolan yüksəkliklərindəki bazası raket atəşinə tutulub.

Öz növbəsində, İsrail tərəfi son bir saat ərzində bütün raket atışlarının İran ərazisindən həyata keçirildiyini bəyan edib.

İsrail Müdafiə Ordusunun məlumatına görə, Livandan buraxılmış iki pilotsuz uçuş aparatı ələ keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!