İsrailin hücumu: “Sepah”ın kosmik bazası zədələnib

saytların hazırlanması

Evə çatdırılma

İsrailin hücumu: “Sepah”ın kosmik bazası zədələnib

Dünya

29 Oktyabr 2024 17:30 630


Oktyabrın 26-na keçən gecə İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Semnan əyalətindəki bazasında bir neçə bina zədələnib.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bunu Planet Labs PBC-nin peyk görüntüləri isbatlayır.

Bu bazada "Sepah"ın idarə etdiyi Şahrud Kosmik Mərkəzi yerləşir. O, kosmik proqramı həyata keçirmək və ballistik raketləri yığmaq üçün istifadə olunur. Pepperoni pizza

xatırladaq ki, İsrailin Tehran, habelə İlam və Xuzistan əyalətlərinə zərbələr endirdiyini bildirilib, Semnan vilayətinin isə adı hallanmayıb.

Görüntülərdə dağılmış mərkəzi tikili, daha 3 bina və 1 anqara dəyən ziyan göstərilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!