İsrailin İrana cavabı: Noyabrın 5-dək olacaq

saytların hazırlanması

Evə çatdırılma

İsrailin İrana cavabı: Noyabrın 5-dək olacaq

Dünya

16 Oktyabr 2024 16:43 829


ABŞ rəhbərliyi hesab edir ki, İsrail İranın raket hücumuna cavab olaraq ABŞ-da prezident seçkiləri gününə, noyabrın 5-nə qədər ona qarşı tədbir görəcək.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

Onların sözünə görə, İsrail hökuməti İrana qarşı aksiyanın xarakteri və vaxtını fəal müzakirə etsə də, zərbənin vaxtı birbaşa ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı deyil. Dominos pizza

Mənbələr izah ediblər ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İrana qarşı mümkün hərəkətlərinin ABŞ-da göstərəcəyi reaksiyadan çox narahatdır.

CNN mənbəsi bildirib ki, İsrail İrana qarşı cavab tədbirləri planlarını yekunlaşdırıb. Netanyahu da daxil olmaqla, İsrail rəhbərliyinin üzvlərinin ABŞ-ı əmin ediblər ki, İsrailin İrana cavab zərbəsi neft və nüvə obyektlərinə qarşı deyil, hərbi hədəflərlə məhdudlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!