İştahınız bıçaq kimi kəsiləcək - Professor açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İştahınız bıçaq kimi kəsiləcək - Professor açıqladı

Sağlamlıq

17 Oktyabr 2023 23:54 5787


Daxili xəstəliklər üzrə mütəxəssis professor Canan Karatayın illər öncə verdiyi açıqlama yenidən gündəmə gəlib.

Çörək əvəzinə qoz yeməyi məsləhət görən mütəxəssis 4 ədəd qoz yeməyin çörəyə olan istəyi azaldacağını bildirib.

 O, qoz ilə yanaşı, yumurtanın da bu mövzuda çox faydalı olduğunu qeyd edib. Sezar pizza

Yenisabah.az bu qidaların faydalarını təqdim edir:

Qoz

Tərkibi Omeqa-3 ilə zəngin olan qoz xolostrin salıcı təsirə malikdir. Qozun faydaları saysız-hesabsızdır:

Yaddaşı gücləndirir

Depressiyadan qoruya bilər

Sperma keyfiyyətini artırır

Xərçəngə qarşı qoruyucu təsir göstərir

Çəkini normada saxlamağa kömək edir

Sümük sağlamlığını qoruyur

Yuxunu tənzimləyir

Yumurta

Yağda bişən 3-4 yumurta sizi 24 saat tox saxlaya bilər.

Hətta Canan Karatay yumurta pəhrizini də tövsiyə edir.

Səhər: 2 qızardılmış yumurta, şüdüy və ya cəfəri

Qəlyanaltı: 2 kişmiş, 3 çiy badam, 1 ədəd qaynadılmış yumurta

Nahar: 2 ədəd yumurtadan hazırlanmış pomidor-yumurta və portağal suyu

Qəlyənaltı: 2 kişmiş, 3 çiy badam, 1 ədəd qaynadılmış yumurta

Əlavə qəlyanaltı: 1 qaynadılmış yumurta

Şam yeməyi: 2 qaynadılmış yumurtanı xırda doğrayın, üzərinə süzülmüş qatıq tökün, ədviyyatlar əlavə edin. Şəkərsiz çay və ya acı qəhvə ilə için.

Nəzrin Musayeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!