İstanbul-Bakı aviareysi üçün COVID-19 arayışını bir neçə klinika verəcək - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

İstanbul-Bakı aviareysi üçün COVID-19 arayışını bir neçə klinika verəcək - SİYAHI

Sosial

15 İyun 2020 15:36 1330


“Azərbaycan Hava Yolları” (AZAL) 17 və 18 iyun tarixlərində Bakı - İstanbul - Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

Bu barədə Yenisabah.az-a AZAL-dan bildirilib.

Məlumata görə, uçuş zamanı qeydiyyat masasında COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir. Dördpendirli pizza

AZAL-ın İstanbuldan Bakıya reyslərində COVID-19-a dair neqativ nəticə barədə arayışı etibarlı hesab edilən Türkiyə klinikalarının siyahısı genişlənib. Laboratoriyaların tam siyahısı ilə burada tanış ola bilərsiniz: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

Bakıdan uçuş zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyaların verdiyi arayışlar etibarlı hesab olunur. Hər iki halda test reysin uçuşundan ən gec 48 saat əvvəl verilməlidir. 

Xatırladırıq ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılacaq. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!