İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənləşdi

Sosial

02 İyul 2020 15:23 715


AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.

Yenisabah.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:⠀

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; Toyuqlu pizza

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!