Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
Yenisabah.az xəbər verir ki, turun mərkəzi matçında "Qalatasaray" evdə "Beşiktaş"ı qəbul edib.
Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Mauro İkardi açıb. 28-ci dəqiqədə Cenk Tosun bərabərlik qolunu vurub. İkardi 59-cu dəqiqədə özünün və komandasının 2-ci qoluna imza atıb. Beləliklə, "Qalatasaray" "Beşiktaş"ı məğlub edib - 2:1. Pepperoni pizza
Qeyd edək ki, "Qalatasaray" turnir cədvəlində 24 xalla 2-ci, "Beşiktaş" isə 22 xalla 5-cidir.
Telegram kanalımız