İstehsalından bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İstehsalından bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı - Açıqlama

Sosial

16 Mart 2019 17:51 867


OBA” marketlər şəbəkəsi üzərindəki istehsal tarixindən bir gün əvvəl satışa çıxarılmış yumurtalarla bağlı məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, şəbəkənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yumurta ilə bağlı yayılan foto araşdırılıb:

“Muğan quşçuluq fabrikinə məxsus yumurtalar marketlərimizə gündəlik gətirilir. Foto paylaşılan günü Yasamal rayonunda yerləşən bütün marketlərə əməkdaşlarımız tərəfindən baxış keçirildi. Bütün yumurta qutuları və üzərindəki tarix yoxlanıldı. Lakin qeyd olunan halla qarşılaşmadıq. Toyuqlu pizza

Müştəri ilə əlaqə saxladıq və müştərini marketə dəvət etdik. Müştəri aldığı bütün yumurtaları gətirdi. Lakin alınan yumurta kasetinin içində cəmi iki ədəd həmin tarixli yumurta aşkarlandı”.

“Düşünürük ki, bu, çap xətasıdır və bu problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır”, - deyə Elvin Babayev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!