İstirahət günlərinin sayı ARTIRILDI - Daha bir gün əlavə olundu

saytların hazırlanması

Evə çatdırılma

İstirahət günlərinin sayı ARTIRILDI - Daha bir gün əlavə olundu

Sosial

11 Mart 2025 16:05 79307


Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin bu gün verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Toyuqlu pizza

Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi.

Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı.

Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.\\News24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Oce
    6 gün (tibb) istəyənlərə də aiddi ?? Maaşa təsiri olacaq
    1 year ago
  • Senyor
    Ramazan bayrami iş gunu oldu?????????????
    1 year ago
  • Fatimə
    Əlaaa 12 gün dincələcəyik şükürlər olsun səbrsizliklə gözləyirəm????????????
    1 year ago
  • G.
    Bəs uşaqların bəzi məktəbli gündəliklərində 31 mart-1 aprel ramazan bayramı kimi qeyd olunub.
    1 year ago
  • Rəşad
    Niyə axı bu qədər tətil biraz az verində 11ik axı çalışmaq lazımdır
    1 year ago
  • SUKUFE
    Məncə çox da doğru deyil.Çünki bəzi Şirkətlər maaşı saatla ödəyir. Belə olan halda demək olar ki, minlərlə işçi mart ayında maaş ala bilməyəcək.Bayram günlərinin yerinin dəyişdirilməsinə gərək yoxdur məncə.Bayram bayramdır.Həftənin hansı gününə düşsə də.
    1 year ago