Salyanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, rayonun Qaraçala kənd sakini Elməddin İsmayılovdur. Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 24 kiloqram 250 qram marixuana və yaş çəkisi 35 kiloqram olan 5 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı E.İsmayılov narkotiklərin kultivasiyası ilə məşğul olduğu etiraf edib. Marqarita pizza
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Telegram kanalımız