İsveç və Polşa Rusiyaya qarşı müqavilə bağladılar

saytların hazırlanması

Evə çatdırılma

İsveç və Polşa Rusiyaya qarşı müqavilə bağladılar

Dünya

28 Noyabr 2024 23:27 795


İsveç və Polşa Rusiyanın Baltik dənizi regionunda təsirini daha da məhdudlaşdırmaq üçün təşəbbüslər irəli sürmək niyyətindədir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Harpsundda iki ölkənin baş nazirləri Ulf Kristersson və Donald Tusk tərəfindən imzalanmış İsveç və Polşa arasında strateji tərəfdaşlıq sazişində deyilir.

"İsveç və Polşa Baltik dənizi regionunda təhlükəsizliyin artırılması üçün əməkdaşlığın daha da gücləndirilməsində aparıcı rol oynayacaq və Rusiyanın təsirini, fəaliyyət miqyasını və zərər vurmaq qabiliyyətini daha da məhdudlaşdırmaq üçün təşəbbüslər göstərəcək. Biz ümumi təhlükəsizliyimizi qorumaq üçün birlikdə çalışacağıq, təhlükəsizlik və müdafiə sahəsində daha da dərin, geniş və səmərəli ikitərəfli əməkdaşlıq üçün səy göstərəcəyik.", - sazişdə deyilir. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!