İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

Hadisə

24 Oktyabr 2021 17:47 1051


Diasporla İş üzrə Dövlət Komitəsi 43 yaşlı azərbaycanlı Ramil Mahmudovun yaşadığı İsveç Krallığının paytaxtı Stokholm şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələni nəzarətə götürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Dövlət Komitəsi mərhumun ailəsinə cənazənin Azərbaycana gətirilməsi üçün dəstək göstərəcəyini bildirib. Pepperoni pizza

Komitəyə minnətdarlığını bildirən ailə üzvləri cənazənin Azərbaycana gətirilmə xərclərinin mərhumun sürücü kimi çalışdığı yükdaşıma şirkəti tərəfindən ödəniləcəyini bildirib.

"Məsələ Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin diqqətindədir və mərhumun ailəsinə istənilən an lazım olan köməklik göstəriləcək. Hadisə ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılacağına inanırıq", - Komitənin məlumatında deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAH RƏHMƏT ETSİN.
    5 years ago