İtaliyada karantin tədbirləri yumşaldılır

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada karantin tədbirləri yumşaldılır

Dünya

17 Aprel 2021 09:45 794


İtaliyada 26 apreldən yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq edilən sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi ləğv edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Mario Draqi bəyan edib.

“Belə bir qərarı verərkən riskə gedirik, amma bu yaxşılaşmaqda olan epidemioloji məlumatlara əsaslanır. Nahar və axşam saatlarında açıq havada olan restoran və barlar tezliklə yenidən işə başlayacaq, eləcə də bütün məktəblilər əyani təhsil alacaqlar”-deyə, Baş nazir bildirib. Pepperoni pizza

Nazirin sözlərinə görə, insanların regionlar arasında hərəkət etməsinə də icazə veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!