İtkin düşən 19 yaşlı gənclər tapıldı

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən 19 yaşlı gənclər tapıldı

Hadisə

08 Avqust 2023 13:02 1717


İsmayıllı rayon sakinləri  Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılovanın 1 ay əvvəl itkin düşmələri barədə yeni məlumat var.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, gənclərin yeri müəyyən edilib.

A.Xəlilov nənəsi ilə əlaqə saxlayaraq Aytacla birlikdə Bakıda olduqlarını deyib. O, paytaxtda iş tapdığını,vəziyyətlərinin yaxşı olduğunu qeyd edib. Toyuqlu pizza

DİN-in mətbut xidməti də təsdiqləyib ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.

19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların itkin düşmələri ilə bağlı valideynləri tərəfindən polisə məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!