İtkin düşən professorun meyiti kanaldan tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən professorun meyiti kanaldan tapıldı - Foto

Dünya

22 Dekabr 2024 16:50 585


İngiltərədə itkin düşən türkiyəli professorun meyiti tapılıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Londonda yaşayan professor Orhan Ekren noyabrın 26-da getdiyi Camden bölgəsində itkin düşüb. Dekabrın 15-də bir təmizlik işçisi Regent kanalında kişi meyiti görməsi barədə polisə xəbər verib.

Polis həmin meyitin fotolarını professorun itkin düşməsi barədə müraciət edən arvadı Banu Ekrenə təqdim edib. Meyitin həqiqətən də Orhan Ekrenə məxsus olması təsdiqlənib. pizza

Məlumata görə, su kanalının kənarında professora məxsus içərisində islanmış paltarlar olan çanta da tapılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!