İtkin düşmüş kişi solaryumda tapılıb

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşmüş kişi solaryumda tapılıb

Dünya

14 Noyabr 2024 14:48 495


ABŞ-də itkin düşmüş bir kişinin qalıqları solaryumda tapılıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, itkin düşən kişi solaryumda cansız vəziyyətdə tapılıb.

Ailəsi 39 yaşlı Derek Sinkanın noyabrın 8-də cümə günü idman zalında yerləşən solaryuma getdiyini və sonra yoxa çıxdığını bildirib. Həmin günlərdə ailəsi onunla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib və onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Sezar pizza

Bazar ertəsi səhər polisə Planet Fitness solaryumundakı kabinələrdən birində qalıqların tapılması barədə zəng daxil olub. Tibbi ekspertlər müəyyən ediblər ki, qalıqlar Sinkaya məxsusdur.

Məlum olub ki, kişi solaryumda iki gün boyunca hərəkətsiz qalıb. Bu, onun ayağında olan elektron bilərzik vasitəsilə dəqiqləşdirilib./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!