“İyunun 11-də 200-dən çox həmvətənlimiz ABŞ-dan Azərbaycana gətiriləcək”   – XİN rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“İyunun 11-də 200-dən çox həmvətənlimiz ABŞ-dan Azərbaycana gətiriləcək” – XİN rəsmisi

Sosial

08 İyun 2020 12:28 1274


Bir neçə gün əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər vətəndaşımız ölkəyə qaytarılıb və bütün sərnişinlər mütləq şəkildə karantinə yerləşdirilib. 

Bildirək ki, bundan əvvəl 179 nəfər həmvətənlimiz çarter reysi ilə Moskvadan Bakıya gətirilib. Maraqlıdır, hazırda hansı ölkələrdən azərbaycanlıların təxliyə edilməsi planlaşdırılır?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva bildirib ki, iyunun 11-i üçün planlaşdırılan çarter reysi ilə 200-dən çox vətəndaşımız ABŞ-ın Nyu-York ştatından geri gətiriləcək: “Proses hələ də davam edir. Son günlərdə Rusiya və Türkiyədən vətəndaşlarımız ölkəyə gətirilib. Eyni zamanda yaxın günlərdə Amerika Birləşmiş Ştatlarından vətəndaşlarımızın geri qaytarılması nəzərdə tutulub. Proses 11 iyunda həyata keçiriləcək. Təxminən 200-dən çox vətəndaşımız Nyu-Yorka təşkil olunmuş çarter reysi ilə geri gətiriləcək. Konkret say uçuş zamanı müəyyən olunacaq. Yeni uçuşlar, daha hansı ölkələrdən vətəndaşlarımızın gətirilməsi barədə məlumat hökumət tərəfindən müvafiq qərarlara uyğun olaraq diqqətə çatdırılacaq. Prosesin nə vaxt başa çatacağı məlum deyil. Türkiyədə də, Rusiyada da hazırda vətəndaşlarımız qalıb, bu istiqamətdə də müvafiq addımlar atılacaq. Ümumilikdə, bundan sonra nə qədər vətəndaşımızın gəlməli olduğunu isə dəqiq deyə bilməyəcəm, çünki say dəyişir, bəzən vətəndaş əvvəl qayıtmaq istədiyini deyir, sonra isə fikrindən daşınır”.  pizza

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!