İzmirin Karaburun səmtində 4.2 bal gücündə zəlzələ qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb. Zəlzələnin yer səthindən 23.10 kilometr dərinlikdə baş verdiyi bildirilib. Bundan sonra ən böyüyü 3,7 bal gücündə olmaqla daha 47 sarsıntının baş verməsi insanlar arasında narahatlığa səbəb olub.
Məsələ ilə bağlı açıqlama verən Geofizika Mühəndisi professor Övgün Ahmet Ercan Karaburun ilə Midilli arasındakı bu bölgənin yenidən zəlzələ meydana gətirəcəyini və zəlzələnin 6.8-6.9 bal gücündə olacağını vurğulayıb. Pepperoni pizza
Telegram kanalımız