“Hər şeydən əvvəl onu deməliyəm ki, İtaliya Kubokunu qazanmaq istəyirəm".
Yenisabah.az xəbər verir ki, bunu “Roma”nın “Genoa”nı 1-0 məğlub etdiyi matçdan sonra paytaxt klubunun məşqçisi Joze Mourinyo deyib.
O bildirib: “Hər şeydən əvvəl onu deməliyəm ki, İtaliya Kubokunu qazanmaq istəyirəm. Bir dəfə “Inter”də olarkən “Roma”ya qalib gəldim, indi isə “Roma” ilə qalib gəlmək istərdim. İtaliya Kuboku ən pis Avrokubokdur, çünki onlar kiçik komandaları qorumurlar. Dördpendirli pizza
Məsələn, mən sonuncu İtaliya çempionu “Milan”a evdə qalib gələn “Torino”dan danışıram. Onlar növbəti oyununu yenidən evdə keçirməli olur. İtaliya Kubokunun strukturunu başa düşmürəm.”Torino” İtaliya çempionuna qalib gəldi. Yaxşı, bəs İtaliya kubokunun gözəlliyi hanı?!”
Telegram kanalımız