Türkiyəli məşhur idman jurnalisti Sərdar Əli Çelikər Çempionlar Liqasının finalında “İnter”in “PSJ”yə biabırçı hesabla məğlub olmasını dəyərləndirib.
Yenisabah.az xəbər verir ki, Çelikər İtaliya klublarını transferə pul xərcləməməkdə günahlandırıb:
“Nə gözləyirdiniz? “İnter”in çempion olmasını? Kimlərlə? Aslani və Arnautiçlə? İtaliya klubları bu simicliklə heç bir kubok qazanan deyil. Nə “Milan”, nə “İnter” transferə pul xərcləmək istəmir. “Yuventus” isə son illər ancaq zir-zibil alır. İtalyanlar yaxşı yol tapıblar, Balkan ölkələrində, Cənubi Amerikada ayağı top tutan ucuz kim var bunlar gətirir. Görürsünüz, bizim klublara necə bənzəyirlər. Nə qədər belə davam edəcəklər, bu 3 “düşmən qardaşlar” Çempionlar Liqası kubokuna ancaq uzadan baxacaqlar”. pizza sifarişi
Telegram kanalımız