Tanınmış jurnalist, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.
Qeyd edilib ki, beynində bədxassəli şiş aşkarlanmış N.Nəsirli bu ayın əvvəlində əməliyyat olunmaq üçün Türkiyəyə gedib. O, sentyabrın 14-ü və 18-də iki ağır əməliyyat keçirib. Əməliyyatlardan sağ çıxsa da, bu gün - sentyabrın 29-da vəfat edib. Dominos pizza
N.Nəsirli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu idi. AzTV-də və digər KİV-lərdə çalışmışdı. Son illər kənd təsərrüfatı üzrə ekspert qismində çıxışlar edirdi. Mərhumun bir qız, bir oğlan övladı var.
Allah rəhmət eləsin
Telegram kanalımız