Jurnalistin meyiti tapıldı - Qatil oğlu imiş 

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistin meyiti tapıldı - Qatil oğlu imiş 

Dünya

16 Oktyabr 2024 16:50 858


Britaniyalı fotojurnalist Pol Lou ABŞ-ın Kaliforniya ştatında qətlə yetirilib və onun hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə oğlu həbs edilib. 

Yenisabah.az lent.az-a istinadən bildirir ki, Bosniya müharibəsi zamanı Sarayevonun mühasirəsi də daxil olmaqla münaqişələri işıqlandıran Pol Lou oktyabrın 12-də San Qabriel dağlarında ölü tapılıb. Polisin açıqlamasına görə, hadisə 15:28-də, Stoddard Kanyon şəlaləsi yaxınlığında, Baldi dağında baş verib. 

Los-Anceles Tibbi Ekspertiza Ofisinin qeydlərinə görə, 60 yaşlı kişi boynundan bıçaqlanıb. Prokurorluqdan isə bildirilib ki, Lounun 19 yaşlı oğlu Emir atasını öldürməkdə ittiham edilib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!