Jurnalistlər qaçırıldı

saytların hazırlanması

Evə çatdırılma

Jurnalistlər qaçırıldı

Dünya

07 Sentyabr 2019 19:14 1165


Ötən gün Əfqanıstanın cənub-şərqindəki Paktiyə əyalətinin Zuurmət dairəsində 6 jurnalist hökumətə qarşı vuruşan yaraqlılar tərəfindən qaçırılıb.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, paşto və dari dillərində yayımlanan “Radio Killid”, “Radio Milma”, “Pashtun Voice”, “Yaran Radio”nun əməkdaşları olan həmin jurnalistlər sərhədyanı Paktika əyalətindən gələrkən yolda yaraqlılar tərəfindən qarşıları kəsilərək oğurlanıblar.

“Taliban” hərəkatının sözçüsü Zəbihullah Mücahid jurnalistləri səhvən ələ keçirdiklərini etiraf edərək mobil rabitənin nasaz olduğu bölgədəki komandirlərlə əlaqə saxlayan kimi onları azad edəcəklərini bildirib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!