Kabil aeroportunda atışma: ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Kabil aeroportunda atışma: ölən və yaralananlar var

Dünya

23 Avqust 2021 09:37 624


Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Karzay Beynəlxalq Hava Limanında insident baş verib.

Yenisabah.az "Pajhwok Afghan News"a istinadən xəbər verir ki, naməlum şəxslərlə Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında atışma olub.

Təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı həyatını itirib, 3 nəfər isə yaralanıb. pizza sifarişi

Almaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, naməlum şəxslərlə atışmada Almaniya və ABŞ hərbçiləri də iştirak edib, onlardan xəsarət alan yoxdur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!