“Kadi Borges penalti epizodunda sanki bir az rahat idi” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Kadi Borges penalti epizodunda sanki bir az rahat idi” - Qurban Qurbanov

İdman

30 İyul 2025 22:50 552


"Kadi Borges penalti epizodunda sanki bir az rahat idi".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar. Penalti elə bir durumdur ki, Ronaldu və Messi kimi ulduzlar belə vacib oyunlarda fərqlənə bilməyiblər. Kadi Borges sanki bir az rahat idi. Belə oyunlarda daha ciddi yanaşmaq lazımdır. Komandada penaltini yerinə yetirə biləcək çox futbolçumuz olsa da, bu dəfə Kadi Borgesə güvəndik. Kadi qolkiperi aldatmaq istədi, amma qapıçı onu aldatdı və penaltini dəf etdi". pizza sifarişi

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Şelburn" matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!