Kadi Polşa millisinə çağırılır? -  “Qarabağ“dan açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Kadi Polşa millisinə çağırılır? - “Qarabağ“dan açıqlama 

İdman

01 Dekabr 2022 17:10 1042


"Qarabağ"ın futbolçusu Kadi Borgesin yaxın vaxtlarda Polşa millisinə cəlb olunacağı ilə bağlı növbəti xəbərlər yayılıb. 

Yenisabah.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bu xəbərlərə münasibət bildirib. Klub rəsmisi deyib ki, bununla bağlı onlarda heç bir rəsmi məlumat yoxdur: "Biz də mətbuatdan oxumuşuq. Milli komanda seçimi məsələsində futbolçu azaddır. Sənədlər uyğundursa, Polşa milli komandasına uyğun gəlirsə, bu, "Qarabağ" üçün yalnız qürur və fəxr ola bilər. Amma hal-hazırda rəsmi məlumat yoxdur. Ona görə də münasibət bildirmək düzgün olmaz".

Qeyd edək ki, braziliyalı Kadi bundan əvvəl Polşa Futbol Federasiyası ilə bu haqda söhbətinin olduğunu təsdiqləmişdi.  Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!