Kadir İnanır xəstəxanaya yerləşdirildi 

saytların hazırlanması

Evə çatdırılma

Kadir İnanır xəstəxanaya yerləşdirildi 

Mədəniyyət

24 Mart 2024 13:47 4608


"Yeşilçam"ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Sənətçinin beyin tomoqrafiyası və MRT-si çəkildikdən sonra müayinənin nəticələrinə görə müalicə olunacaq. pizza

Qeyd edək ki, 2021-ci ilin sonu parkda gəzən zaman halı pisləşən Kadir İnanır xəstəxanaya çatdırılmışdı. Aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olmuşdu. Aktyorun bədəninin 80 faizinin iflic olma riski ilə qarşı-qarşıya qaldığı açıqlanmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!