Kafedə insident: Sakinlər bir-birini döydü, atəş açıldı

saytların hazırlanması

Evə çatdırılma

Kafedə insident: Sakinlər bir-birini döydü, atəş açıldı

Kriminal

14 Mart 2022 13:47 504


Şəmirdə kafedə kütləvi dava olub. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, hadisə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində qeydə alınıb. Kənd sakinləri N.Bağıyev və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşı xuliqanlıq zəminində biri-birilərini döyüblər. Bu zaman E.Nağıyevin ov tüfəngindən açdığı atəş kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. Bu barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Sezar pizza

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!