Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a bildirilib ki, şəhər ərazisində Şamil adlı şəxsin odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Şamil Behbudov saxlanılıb. Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman Şamil Behbudova məxsus çantadan “AK-74” markalı avtomat, 30 ədəd həmin silaha məxsus patron və sandıqça aşkarlanaraq götürülüb. Ş.Behbudov ifadəsində “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
İlkin araşdırmalar zamanı saxlanılan şəxsin avtomatı satmaq məqsədilə Bərdədən Mingəçevir şəhərinə gəldiyi məlum olub. pizza hut
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə Ş.Behbudov barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız