“Kalaşnikov”la gəzən keçmiş məhkum tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Kalaşnikov”la gəzən keçmiş məhkum tutuldu

Kriminal

23 Fevral 2022 17:44 498


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində və qanunsuz olaraq odlu silah əldə edərək saxlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də məhkumluq həyatı yaşamış Oqtay Zərbəliyev Beyləqan rayonu ərazisində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman əlindəki torbanın içərisində 4 polietilen bükümdə qablaşdırılmış, ümümui çəkisi 4 kiloqram 450 qram narkotik vasitə olan heroin və  1 ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat silahı aşkar edilərək götürülüb.  pizza mizza

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə O.Zərbəliyev barəsində həbs qətimkan tədbiri seçilib.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!