Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, "X"də yazıb:
"Hadisəni təcili və müstəqil şəkildə beynəlxalq müstəvidə araşdırmağa çağırıram. Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir. Xəsarət alanlara şəfa diləyirəm". Dominos pizza
Telegram kanalımız