Kamaləddin Qafarov seçicilərlə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kamaləddin Qafarov seçicilərlə görüşdü - Fotolar

Siyasət

23 Avqust 2024 19:32 490


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun müxtəlif ünvanlarda seçicilərlə görüşü keçirilib.

Yenisabah.az Yap.org.az-a istinadən xəbər verir ki, deputatlığa namizəd Kamaləddin Qafarov seçiciləri maraqlandıran məsələlərlə bağlı müraciətlərini dinləyib, fikir və təklifləri ətrafında fikir mübadiləsi aparılıb. O, seçiciləri ilə söhbət zamanı onların fikirlərinin diqqətdə saxlanılacağını və müraciətlərinin həlli istiqamətində dəstək göstəriləcəyini bildirib.

Görüşlərdə seçicilərə YAP-ın seçki platforması haqda geniş məlumat verilib və maarifləndirici təbliğat materialları paylanılıb. Dördpendirli pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!