Kamaləddin Qafarov seçicilərlə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kamaləddin Qafarov seçicilərlə görüşdü - Fotolar

Siyasət

26 Avqust 2024 19:12 345


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 191 ünvanında yaşayan seçicilərlə görüşü keçirilib.

Yenisabah.az Yap.org.az-a istinadən xəbər verir ki, görüş zamanı deputatlığa namizəd Kamaləddin Qafarov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan bəhs edib və bütün sahələrdə sürətli inkişafın əldə edildiyini söyləyib.

K.Qafarov parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını, YAP-ın bu seçkilərdə qələbə qazanmaq şanslarının yüksək olduğunu vurğulayıb. O, seçicilərlə söhbət zamanı onların arzu və istəklərini dinləyib, fikir mübadiləsi aparılıb. Seçicilərə onların fikirlərinin diqqətdə saxlanılacağı bildirilib. Sezar pizza

Deputatlığa namizəd həmçinin Vətən müharibəsi şəhidi Cəmil Nəcəfovun ailəsini ziyarət edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!