Bakıda avtomobillə yük avtomobili toqquşub.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, hadisə Buzovna qəsəbəsində olub.
"KİA" markalı minik avtomobilinin "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. pizza hut
1991-ci il təvəllüdlü sürücü Məhərrəm Bağırzadə xilas edərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 1963-cü il təvəllüdlü Gəvahir Məmmədova ölüb.
Telegram kanalımız