Kamerun millisinin qapıçısı Andre Onana DÇ-2022-nin 2-ci turunda Serbiya ilə matç öncəsi intizamsızlıq səbəbi ilə yığmadan kənarlaşdırılıb.
Yenisabah.az "beIN Sports"a istinadla xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyası məlumat yayıb:
“Onana heyətdən kənarlaşdırılıb. Biz hər şeyi özümüz üçün bir az daha çətinləşdirdik". Dominos pizza
Hazırda Onananın dəqiq olaraq hansı səbəbdən cəzalandırıldığı və cəza müddəti açıqlanmır. Onananın Afrika təmsilçisinin qapısındakı yerini Devis Epassi tutub.
Telegram kanalımız