Kamil Zeynallı qızından danışarkən göz yaşlarına hakim ola bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallı qızından danışarkən göz yaşlarına hakim ola bilmədi

Şou

01 Noyabr 2023 10:26 902


Fitness məşqçisi Kamil Zeynallı efirdə göz yaşlarına hakim ola bilməyib.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 Tamam” proqramında qonaq olan idmançı yeganə qızı Sahilə haqda danışıb. 

O, bir neçə gün əvvəl qalibi olduğu yarışa qatılanda belə övladından icazə alıb:  Dominos pizza

“Allah heç bir övladı atasız böyütməsin. Bu həyatda övladım Sahiləyə görə yaşayıram. Bütün uğurlarım, hər bir şey övladıma görədir. Allah heç kəsi övladı qarşısında başıaşağı etməsin. Verilişə gələndə də qızım Sahilə ilə danışdım. Dedim ki, verilişə çıxacağam. Cavab verdi ki, ata, uğurlar.

Yarışa çıxanda da qızımdan icazə almışdım. 11 yaşı var, amma yenə də ondan icazə alıram. Hətta yarışda qalib seçiləndə də gözüm zalda onun axtarırdı. Onun sevincini gördüm. Özümü zorla saxladım. Qələbə çaldığımda qızım anamla zalda idilər. Sahilə ən yaxın dostum, sirdaşımdır. Allah onu mənə, məni də ona çox görməsin. Allah onun toyunu anama qismət eləsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!