Kanada Uyğur Türklərinə qarşı soyqırımı tanıdı

saytların hazırlanması

Evə çatdırılma

Kanada Uyğur Türklərinə qarşı soyqırımı tanıdı

Dünya

23 Fevral 2021 11:17 781


Kanada Federal Parlamenti Çinin Uyğur Türklərinə qarşı siyasətini soyqırımı olaraq xarakterizə edən qanunu təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, Vellinqton millət vəkili Maykl Çonq tərəfindən plenar iclasa təqdim edilən “Çində Dini Azlıqlar” adlı qanun layihəsinə parlamentin iclasında səs verilib. Səsverməyə 184-ü müstəqil və müxalifət partiyalarından, 82-si hakim Liberal Partiyadan olmaqla cəmi 266 millət vəkili qatılıb. İştirak edən bütün millət vəkilləri qanun layihəsinə müsbət səs verib.

Qeyd edək ki, Kanada Federal Parlamentində səsverməyə iqtidar Liberal Partiyasından 72 millət vəkili qatılmayıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!