Kanadada məcburi vaksinasiyaya qarşı etiraz aksiyaları keçirildi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kanadada məcburi vaksinasiyaya qarşı etiraz aksiyaları keçirildi - Fotolar

Dünya

02 Sentyabr 2021 09:31 1011


Kanadanın müxtəlif yerlərində müəyyən kateqoriyalı vətəndaşların koronavirusdan məcburi peyvənd edilməsinə, eləcə də COVID pasportlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib.

Yenisabah.az bu barədə CBC telekanalına istinadən xəbər verir.

Etiraz aksiyalarından miqyasca ən böyüyü Vankuverdə (Britaniya Kolumbiyası əyaləti) keçib və 5 min iştirakçı toplayıb. pizza mizza

Etiraz aksiyaları regionun Kamlups, Viktoriya və Nanaymo kimi digər şəhərlərində də keçirilib. Etirazçılar hesab edirlər ki, bu cür hərəkətlərlə hakimiyyət orqanları onların həm Kanada Hüquq və Azadlıqları Xartiyası, həm də yerli qanunlarla təmin edilmiş hüquqlarını pozurlar. Aksiyaların bəzi iştirakçıları hakimiyyətin hərəkətlərini irqi seqretasiya dövrləri və nasist Almaniyasındakı qayda-qanunlarla müqayisə ediblər.

Qeyd edək ki, Britaniya Kolumbiyası hakimiyyət orqanları bəyan edib ki, oktyabrın 31-dək bütün səhiyyə işçiləri koronavirusa qarşı məcburi peyvənd olunmalıdırlar. Bundan başqa, regionda COVID pasportları tətbiq etməyi planlaşdırırlar. Bunsuz insanları restoranlar, idman zalları, kinoteatrlar və müxtəlif kütləvi tədbirlərə buraxmayacaqlar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!