Kanadadan Azərbaycana qarşı daha bir   QƏRƏZ

saytların hazırlanması

Evə çatdırılma

Kanadadan Azərbaycana qarşı daha bir QƏRƏZ

Siyasət

11 Avqust 2024 20:46 3104


Kanadanın xarici işlər naziri Melani Joli növbəti dəfə Azərbaycanın ünvanına qərəzli bəyanatla çıxış edib.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Erməni Milli Komitəsi məlumat yayıb. 

Məlumata görə, bu ölkənin xarici işlər naziri Melani Joli növbəti dəfə Azərbaycanın ünvanına qərəzli bəyanatla çıxış edib. Ermənistan mediasının tirajladığı xəbərdə bildirilir ki, M.Joli ölkəsinin Azərbaycana "təzyiqləri davam etdirdiyini" bəyan edib. pizza sifarişi

"Kanada münaqişənin danışıqlar yolu, Helsinki prinsiplərinə hörmət əsasında həlli naminə Ermənistanla vicdanlı əməkdaşlıq üçün Azərbaycana təzyiqləri davam etdirir" , - deyə Joli bildirib.

Bu azmış kimi, Joli onu da əlavə edib ki, Kanada rəsmi Bakıdan Ermənistanın ərazi bütövlüyünə hörmət etməsini və erməni əsirləri azadlığa buraxmasını tələb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!