Kanala düşən hərbçinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Kanala düşən hərbçinin meyiti tapıldı

Hadisə

19 Aprel 2023 15:45 704


Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, 17 aprel tarixində itkin düşən 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!