Karantin dövründən sui-istifadə edən işəgötürənlər ifşa edildi   - Təfərrüatlar + Video

saytların hazırlanması

Evə çatdırılma

Karantin dövründən sui-istifadə edən işəgötürənlər ifşa edildi - Təfərrüatlar + Video

Sosial

24 May 2020 21:50 1910


Bəzi işəgötürənlər vətəndaşın sərbəst hərəkətini təmin etmək üçün onunla bir neçə günlük əmək müqaviləsi bağlayıb.

Yenisabah.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti karantin dövründə "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının və ixtisarın qarşısını almaqdır.

Nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi müşahidə olunub. Hətta bağlanmış əmək müqavilələrindən bəzilərinə bir və ya bir neçə gün sonra xitam verilib. Toyuqlu pizza

Bu hallara yol verən işəgötürənlər barədə materiallar toplanaraq hüquq-mühafizə orqanlarına göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənləri mövcud şəraitdən sui-istifadə edərək ixtisara yol verməməyə çağırıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti altisistem vasitəsilə işəgötürənlərə xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar və bildirişlər də göndərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!