“Karantin qaydaları yenidən sərtləşdirilə bilər“ - Səhiyyə Nazirliyindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Karantin qaydaları yenidən sərtləşdirilə bilər“ - Səhiyyə Nazirliyindən açıqlama

Sağlamlıq

01 İyun 2020 22:30 1216


''Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır''.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyədə oldu. Ancaq qaydalar yumşaldıldıqdan sonra yeni yoluxma hallarının sayı artıb, əldə edilən pozitiv nəticə artıq itməyə başlayıb. Bunun da əsas səbəbi insanların özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmalarıdır. Halbuki insanlar qaydaların yumşaldıldığı bu günlərdə daha məsuliyyətli olmalı, virusla mübarizədə bəzi tədbirləri həyat tərzlərinə çevirməli, şəxsi gigiyenalarına xüsusi diqqət yetirməlidirlər. pizza

İbadulla Ağayev deyib ki, son günlər virusa yoluxanların sayı durmadan artır. Əgər bu tendensiya davam edərsə, dövlət yenidən karantin qaydalarını sərtləşdirməli olacaq.

Xüsusilə bu günlərdə ictimai yerlərdə, iaşə obyektlərində daha diqqətli olmaq lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!