Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas sosial şəbəkə hesabının hakerlər tərəfindən müvəqqəti olaraq ələ keçirildiyini yazıb.
Yenisabah.az xəbər verir ki, o, məlum paylaşıma görə izləyicilərindən və LGBT icması üzvlərindən üzr istəyib.
Qeyd edək ki, bir müddət əvvəl futbolçunun hesabından cinsi oriyentasiyasını dəyişməsi barədə paylaşım olunub. Lakin təxminən bir saat sonra tvit silinib. Sezar pizza
***
Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas homoseksual olduğunu yazıb.
Yenisabah.az xəbər verir ki, “Ümid edirəm ki, mənə hörmət edirsiniz. Mən maviyəm. Hər kəsin bazar günü mübarək”, - keçmiş ispaniyalı qapıçı tvit ataraq qeyd edib.
Kasilyasın milli komandadakı keçmiş həmkarı, “Barselona”nın eks-müdafiəçisi Karles Puyol isə bu tvitə “Hekayəmizi danışmağın vaxtıdır, İker”, - yazaraq cavab verib.
Xatırladaq ki, 2009-cu ildə Kasilyas ispan teleaparıcı Sara Karbonero ilə görüşməyə başlayıb. 20 mart 2016-cı ildə onlar ailə qurublar. Cütlüyün iki oğlu var: Martin (2014) və Lukas (2016). 12 mart 2021-ci ildə cütlük 12 il birlikdə olduqdan sonra ayrıldıqlarını elan ediblər./Oxu.az
Telegram kanalımız