“Kayrat” 2:1 hesablı qələbə qazanacaq - İspaniyalı mütəxəssis

saytların hazırlanması

Evə çatdırılma

“Kayrat” 2:1 hesablı qələbə qazanacaq - İspaniyalı mütəxəssis

İdman

21 Oktyabr 2021 10:12 1276


“Qarabağ” oyunun favoritidir, çünki evdə çıxış edir. Həm də bu komanda Avropada böyük təcrübəyə malikdir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri  “Kayrat”ın keçmiş baş məşqçisi Karlos Alos Ferrer söyləyib.

O, komandanın Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəyi oyun haqqında müəyyən fikirlər səsləndirib. Marqarita pizza

İspan mütəxəssis Qazaxıstan təmsilçisinin Bakıda qələbə qazanmaq şansının az olduğunu da qeyd edib:

““Kayrat” matça daha az təzyiqlə çıxacaq. Qazaxıstan təmsilçisinin qalib gəlmək şansı var, çünki əla komandadır. Fikrimcə, “Qarabağ”ın uğur qazanma ehtimalı 60 faizdir. Lakin almatılıların lazım olan xalları qazanmaq üçün hələ də şansları var”.

Karlos Alos Ferrer “Qarabağ” ın topa çox sahib olduğunu vurğulayıb:

““Kayrat” buna hazır olmalıdır. Kurban Berdıyevin hücumçuları bütün şanslardan istifadə etmək məcburiyyətindədir. Qonaqlar müdafiədən hücuma keçərkən boşluqlardan yararlanmalıdır. Komanda kollektiv şəkildə müdafiəyə çəkilməyə hazır olmalıdır. Həmişə keçmiş komandalarıma azarkeşlik etmişəm. Ümid edirəm ki, “Kayrat” 2:1 hesablı qələbə qazanacaq. Lakin bu, asan olmayacaq”.

Mehri Qurban    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!