Keçəl qalmaq istəmirsinizsə... - Məsləhət

saytların hazırlanması

Evə çatdırılma

Keçəl qalmaq istəmirsinizsə... - Məsləhət

Sağlamlıq

08 Avqust 2023 16:05 4611


Hər 4 kişidən biri 21 yaşından əvvəl keçəlləşir.

Yenisabah.az xəbər verir ki, bu barədə dermatoloqlar xəbərdarlıq edib.

Onların sözlərinə görə, isti və rütubətli hava baş dərisində tərin və yağın yığılmasına səbəb olur. Bu vəziyyət saç tökülməsi ilə nəticələnir. Marqarita pizza

Hazırda 35 milyon kişi və 21 milyon qadın güclü saç tökülməsindən əziyyət çəkir.

Saç tökülməsindən əziyyət çəkənlər üçün soğanın möcüzəvi müalicə üsulunu təqdim edirik:

2 soğanı doğrayın və bir qazana qoyun. Üzərini örtəcək qədər su əlavə edin və təxminən 10 dəqiqə qaynadın. Qaynayan soğan suyunu baş dərinizə masaj edərək çəkin. Saçınızı papaq və ya dəsmalla örtün və təxminən 2 saat gözləyin. Sonra saçınızı yuyun.

Soğan uzun illər saç uzanmasını sürətləndirmək və qidalandırmaq üçün istifadə edilən təbii üsuldur.

Məlum olduğu kimi, soğan suyu allergik reaksiyalara səbəb ola bilər. Elə buna görə də bu müalicəni etməzdən əvvəl dərinizin bir hissəsində yoxlamağınız tövsiyə olunur.

Gülxanım ƏLİYEVA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!