Keçmiş aparıcı “Kontakt home”dan şikayət etdi: “Sınıq home”

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş aparıcı “Kontakt home”dan şikayət etdi: “Sınıq home”

İqtisadiyyat

11 İyun 2019 17:10 1856


Səma Camalqızı adlı sosial şəbəkə istifadəçisi "Kontakt Home"dan şikayət edib.

Xanım bildirib ki, mağazadan aldığı məhsullar sınıq çıxıb:

"Sınıq-salxaq home!!! "Kontakt home"dan məhsul alarkən, üç dəfə diqqətli olun. Öz adıma deyirəm, son 6 ayda aldığım 2 məhsulun ikisi də qüsurludur. Artıq bizim evdə ora "Kontakt home" yox, "sınıq home" deyirlər. Məncə, bu ad ona daha çox yaraşıb. Pepperoni pizza

***

"Kontakt Home" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova Axşam.az-a açıqlamasında bildirib ki, hazırda məsələnin araşdırılması ilə bağlı şikayətçi Səma Camalqızı ilə əlaqə qurmağa çalışırlar:

"Kontakt Home" şirkəti olaraq daim müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etmək prinsipini rəhbər tutduğumuzu diqqətinizə çatdırmaq istərdik. Problem araşdırıldıqdan sonra məsələ ilə bağlı rəsmi mövqeyimizi sizinlə paylaşacağıq".

Məhsulun qüsuru ilə bağlı müraciət etdikdə isə deyirlər ki, servisə aparın. Ay millət servisə muraciət olunmuş məhsula o qədər pul verəcəkdimsə, onda ikinci əl məhsul alardım da".

Qeyd edək ki, Səma bir vaxtlar aparıcı kimi fəaliyyət göstərib. O, "Xəzər" telekanalında çalışırdı.

Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!