Keçmiş klubu Ronaldunu almaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş klubu Ronaldunu almaq istəyir

İdman

22 Avqust 2022 15:54 1331


Portuqaliya "Sportinq"i hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən sabiq futbolçusu Kriştianu Ronaldunu geri qaytarmaq istəyir. 

"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 37 yaşlı hücumçuya rəsmi təklif göndərib. Lakin klubun maliyyə durumu hələlik təcrübəli forvardı transfer etməyə imkan vermir.

Bildirilib ki, "Sportinq" ən yaxşı halda, Ronaldunun azad agent olmasını gözləməlidir. Portuqaliyalı oyunçunun "qırmızı şeytanlar"la müqaviləsi cari mövsümün sonunda başa çatacaq. pizza hut

Qeyd edək ki, 1997 - 2002-ci illərdə "Sportinq"in formasını geyinmiş Kriştianu Ronaldu 31 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Daha sonra "Mançester Yunayted"ə keçən ulduz futbolçu İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında da çıxış edib.

Bizim Instagram səhifəm


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!