Keçmiş nazirin şirkəti haqda daha bir pis xəbər

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazirin şirkəti haqda daha bir pis xəbər

İqtisadiyyat

26 İyun 2019 09:31 924


"Ata Holding” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 96,727 milyon manat təşkil edib.

Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,2% azdır.

2018-ci ildə “Ata Holding”in cəmi öhdəlikləri 22,7% artaraq 29,277 milyon manata çatıb, cəmi kapitalı 11,3% azalaraq 67,45 milyon manata düşüb. Pepperoni pizza

Ötən il “Ata Holding”in satışdan gəlirləri 31,179 milyon manat (əvvəlki ilə nisbətən 30,75% çox), satışının maya dəyəri 4,622 milyon manat (1% çox), əməliyyat xərcləri 38,219 milyon manat (2,6% çox), maliyyə gəlirləri 3,007 milyon manat (90,1% az), mənfəət vergisi ödəmələri isə 70 min manat (30,7% az) təşkil edib. Son nəticədə holdinq 2018-ci ili 8,725 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkətlər qrupu 2017-ci ildən 123,598 milyon manat xalis mənfəətlə çıxmışdı.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!