“PlayRatings” keçmişin böyük futbolçularını cari transfer qiymətlərinə görə sıralayıb.
Yenisabah.az xəbər verir ki, nəticədə, müasir oyunçular arasında olmayan transfer dəyərləri əldə edilib.
Xüsusilə Ronaldo Nazario tarixin ən dəyərli futbolçusu seçilib. Əgər braziliyalı oyunçu hazırda yaşıl meydanlarda top qovsaydı, karyerasının zirvəsində 383 milyon avroya qiymətində olacaqdı. pizza hut
Mərhum futbolçu Maradonanın transfer dəyəri isə 305 milyon olaraq qiymətləndirilib. İlk üçlüyü Kristian Vieri və Mişel Platini tamamlayıb. Onların transfer dəyəri hərəsinə 296 milyon avro olub.
Qeyd edək ki, “Transfermarkt” məlumatına görə, Erlinq Holland hazırda 170 milyon avro ilə dünyanın ən dəyərli oyunçusudur.
Telegram kanalımız