Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək

Hadisə

30 Sentyabr 2023 19:31 541


Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində bu gün Kəlbəcərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Orucov Qusar rayonunun Suvacal kəndində doğulub.

Yenisabah.az xəbər verir ki, 15 fevral 2005-ci il təvəllüdlü əsgər Vüsal Orucov hərbi xidmətə bu il aprel ayının 11-də yollanıbmış.

Şəhid əsgər sabah Qusar rayonunun Suvacal kəndində dəfn ediləcək. pizza

Xatırladaq ki, bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür./Bizim.media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!